Cəmiyyət

Ukraynada təhsil alan azərbaycanlı tələbələr hərbi xidmətə çağırılacaqmı?

15 Mart 2022 10:12
0 Şərh     Baxış: 1 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada təhsil alan azərbaycanlı tələbələrə təhsil müddətini bitirənə qədər hərbi xidmətdən möhlət hüququ veriləcək.

Milli.Az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

"Bununla əlaqədar çağırışçılar təhsil almaları barədə sənədi Xidmətin yerli struktur bölmələrinə təqdim etdikləri halda müvafiq təhsilini bitirənədək çağırışdan möhlət verilir", - məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.