Cəmiyyət

Dövlət Məşğulluq Agentliyi işəgötürənlərə xəbərdarlıq edir - VİDEO

28 Fevral 2022 19:18
1 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai iaşə sahəsində əmək müqaviləsi olmadan çalışanlar daha çoxdur. Amma belə şəxslərə tikinti və digər sahələrdə də rast gəlinir. Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məhz qeyri-formal məşğulluqla mübarizə çərçivəsində yeni bir elektron sistem tətbiq olunacaq. Bu sistem nələri tənzimləyəcək, aidiyyəti qurumun sədri açıqlayıb. 

Qeyri-formal məşğulluğa qarşı aparılan mübarizə davam edir. Son 3 il ərzində 400 minə yaxın əmək müqaviləsi sistemə daxil edilib

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəylinin sözlərinə görə, qeyri-formal məşğulluğa qarşı mübarizə çərçivəsində bu il geniş bir elektron sistem tətbiq olunacaq.

Mustafa Abbasbəyli azyaşlı uşaqların qanunsuz olaraq əməyə cəlb olunmasından da danışıb. Onun sözlərinə görə, bununla bağlı agentliyə şikayətlər daxil olub.  

Agentlik sədri deyib ki, həm işəgötürən, həm də işçinin hüquqları gözlənilməklə məsələnin köklü həlli üçün yeni yanaşmalar həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.