Cəmiyyət

Türkiyə və Azərbaycan alpinistləri Xocalı qurbanlarını belə andılar

22 Fevral 2022 21:57
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və Azərbaycan alpinistləri Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən Xaça dağının zirvəsinə birgə qalxıblar.

Aksiya 1992-ci ilin fevralında ermənilərin qadınlar, qocalar və uşaqlar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi Azərbaycanın Xocalı şəhərindəki qanlı hadisələrin növbəti ildönümünə həsr olunub.

Aksiyada Türkiyənin müxtəlif bölgələrindən 24, azərbaycanlı isə 7 alpinist iştirak edib.

Yürüş Azərbaycanın Qarsdakı Baş Konsulluğu, "Zirvə" Alpinizm və Açıq Hava İdmanları Klubunun (Pik), eləcə də Azərbaycan Dilini, Tarixini və Mədəniyyətini Qoruma və Dəstək Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunub. Zirvəyə çatdıqdan sonra alpinistlər Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Türkiyənin və Azərbaycanın himnləri səsləndirilib.

Alpinistlər üzərində "Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik" yazısı, həmçinin Türkiyə və Azərbaycanın bayraqları olan plakat açıblar.

Aksiyanın təşkilat komitəsinin rəhbəri İsgəndər Doğan bildirib ki, Naxçıvanda zirvəyə ilk qalxış 6 il əvvəl edilib və zaman keçdikcə ənənə halını alıb.

Doğan qeyd edib ki, Türkiyə hər zaman qardaş Azərbaycanı dəstəkləyir və yüksəlişdə məqsəd azərbaycanlı qardaşların dərdinə şərik olmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.