Cəmiyyət

Bağırsaqlar üçün İDEAL meyvə

15 Fevral 2022 07:21
0 Şərh     Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diyetoloqların fikrincə, armud bağırsaqlar üçün ən faydalı meyvə hesab edilir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu meyvə çox gözəl sellüloza mənbəyidir. Onun lifləri bağırsaqların mikrobiomuna, yəni metabolik və immun proseslərə xeyirli təsir göstərir.

Armud ikinci tip şəkərli diabet və piylənmə riskini azalda bilər. Onun tərkibində çoxlu vitamin və minerallar var. Məsələn, kalium maddəsi insan orqanizmində maye balansını nizama salmağa kömək edir, həmçinin onun tərkibində olan fosfor, vitamin və kalsium dişləri və sümükləri uzun müddət normal vəziyyətdə saxlayır.

Lakin armuda qarşı allergiyası olanlar da var. Allergiya aşkar edildiyi hallarda həkimə müraciət etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.