Cəmiyyət

Qış depressiyasından necə çıxmaq olar?

15 Fevral 2022 08:01
0 Şərh     Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Psixiatrlar qış aylarında ortaya çıxan mövsümi duyğu dəyişimi haqda məlumat veriblər. İnsanları qışda pessimist edən səbəblər hansılardır?

Milli.Az olke.az-a istinadla xəbər verir ki, ətraf aləmin təsiri ilə insan psixologiyası daima dəyişkən xarakter daşıyır. Qış mövsümündə havaların soyuq keçməsi, qapalı məkanlarda çox vaxt keçirmək, günlərin qısalması insanların psixologiyasına təsir edir. Günəş şüalarının azaldığı qış aylarında neqativ düşüncələr bəzi insanları daha çox narahat edir. Qış depressiyasının təsir etdiyi insanlar halsız, kefsiz, qayğılı və zövqsüz olmağa başlayırlar. Həmin insanlar həyata uyğunlaşmaq da çətinlik çəkər və onlar ''Həyat mənasızdır'' hissinə qapılarlar.

Belə ki, qış depressiyasına düşməmək üçün psixiatrlar tövsiyyə verir:

- Havanın günəşli və mülayim olduğu günlərdə təmiz havaya çıxmaq və 1 saata yaxın gəzişmək lazımdır.

- Axşam tez yatıb, səhərlər tez oyanın.

- Gün ərzində yorğunluq çökərsə 15 dəqiqə gözləri bağlayıb dincəlmək lazımdır.

- Gün ərzində 3 dəfə yemək yeyilməsi mütləqdir. Tropik meyvələrin yeyilməsi daha məsləhətli hesab olunur.

- Və sonda psixiatrlar dostlarla əyləncəli vaxt keçirməyi tövsiyyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.