Cəmiyyət

Postkovid sindromundan xilas yolu açıqlandı

9 Fevral 2022 12:08
0 Şərh     Baxış: 1 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fiziki fəaliyyət postkovid sindromu üçün reabilitasiya vasitəsidir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Beynəlxalq Tibbi Klaster Fondunun baş direktorunun məsləhətçisi və ümumi praktikant Yaroslav Aşıxmin bildirib.

"Postkovid sindromunun dərman preparatları ilə heç bir müalicəsi yoxdur. Adamlar gəlir, çox narahatdırlar, dərman istəyirlər. Kömək edən yeganə şey isə reabilitasiyadır və bütün postkovid reabilitasiya fiziki aktivliyin tədricən, sistematik artmasına əsaslanır", - deyə həkim tövsiyəsini verib.

Onun sözlərinə görə, həkimlərin COVİD-19 keçirəndən sonra məsləhət gördüyü xüsusi idman növü yoxdur, insan ən çox bəyəndiyi şeyi tətbiq edə bilər.

"Bu gün belə bir nəticəyə gəlirik ki, xəstəlik nə qədər ağır olarsa, fiziki fəaliyyət də bir o qədər vacibdir. Heç bir əks göstəriş yoxdursa, sağlamlıq vəziyyəti normaldırsa və ürək yaxşı işləyirsə, ağciyərlərdə hər şey yaxşıdırsa, sağalma əldə edilibsə, idman tövsiyə edilməlidir", - deyə o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.