Cəmiyyət

Günün yuxuyozması

10 Mart 2012 06:00
0 Şərh     Baxış: 15 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Yaba - yaxşı pay əldə etmək üçün mübarizə aparacaq, buna həm fiziki, həm mənəvi güc sərf edəcəksiniz deməkdir. Yabayla kiminsə üzərinə atılırsınızsa, şəxsi düşmənləriniz aktivləşəcək və həyasızcasına sizə qarşı hücuma keçəcəklər.

Dodaq boyası - Qadın yuxuda dodaqlarını boyayırsa, deməli, nəyisə gizləyir. Əgər dodaq boyası parlaq qırmızı rəngdədirsə, özünə inamı azdır və bunu lazımsız vasitələrlə ört-basdır etməyə çalışır. Ucuz dodaq boyası alırsınızsa, real həyatda özünüzü olduğunuz kimi göstərməkdən çəkinirsiniz.  

Təəccüb - müxtəlif cür yozulur. Əgər yuxuda barmaqlarınızdan birinin digərindən çox uzun olduğuna təəccüblənirsinizsə, deməli, taleyiniz sizə çox qəribə şərait hazırlayıb. Bir məkandasınızsa və onun qeyri-adi işıqlandırılması sizi təəccübləndirirsə -, həyatda illüziyalara inanmağa meyllisiniz. Uşağınızın hərəkətlərinə təəccüblənirsinizsə, başınıza gələn hadisələr sizə göründüyü kimi qorxulu olmayacaq.

Qırışlar - Yuxuda üzünüzdə qırışların olduğunu görürsünüzsə, kimsə sizinlə maraqlanır, amma siz onu sezmirsiniz. Başqasının sifətindəki qırışlar -  çoxdan tanıdığınız biriylə gözlənilmədən maraqlanmağa başlayacaqsınız.

Kloun - Sizi yamsılayan, qıcıqlandıran kloun görürsünüzsə - çox ağır, amma planlarınızı həyata keçirmək üçün yaxşı gəlir gətirən iş tapacaqsınız. Özünüz klounsunuzsa - bədbəxt hadisədən özünüzü qoruyun. Kloun paltarında olmaq - yanlış yoldasınız, düşmənləriniz nüfuzunuza xələl gətirməyə çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.