Cəmiyyət

Bu rayonun apteklərində sistem reseptsiz satılmır - VİDEO

26 Yanvar 2022 15:14
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir sakinləri apteklərdən reseptsiz dərman ala bilməmələrindən şikayətçidirlər. Xüsusilə də bu soyuq və virusların daha çox yayıldığı mövsümdə immuniteti gücləndirən sistemlərin və onun tərkibinə əlavə olunan vitaminlərin də reseptsiz satılmaması rayon sakinlərini çıxılmaz vəziyyətdə qoyub.

Sakinlər deyirlər ki, hər xırda problem üçün həkimə getmək onlara sərf eləmir.

Apteklərdə əczaçılar da faktı təsdiqləyirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, nazirlik yalnız apteklərdə satılan dərmanların keyfiyyətinə nəzarət edir.

"Hansı dərmanı necə satıb-satmayacağı isə apteklərin öz işidir",- deyə açıqlamada qeyd olunub.

Həkimlər isə bu məsələdə insanları diqqətli olmağa çağırırlar. Çünki həkim rəyi olmadan istifadə olunan hər bir dərman sağlamlığa ağır zərbə vura bilər.

Milli.Az Xəzər Tv-nin videomaterialını təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.