Şuşa türməsində tabut işgəncəsi... - “Qafqazın Quantanamo”sundan reportaj - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şuşanın azad edilməsiylə Şuşa türməsi də azadlığa çıxdı. Bundan sonra məşhur həbsxananın tarixi abidə və ya yenidən türmə kimi fəaliyyət göstərəcəyi barədə danışmaq yəqin ki, hələ tezdir.
Dəqiq olan budur ki, türmə divarlarının dərin bir nəfəsə ehtiyacı var...
Çəkiliş apardığımız müddət ərzində də canlı şahidi olduq ki, bu cəzaçəkmə müəsissəsinin divarları çox qada, çox bəla görüb, çox işgəncələrə şahidlik edib. Azərbaycanlı əsirlərin - Şahbazın, Dilqəmin və digərlərinin, o cümlədən də Qriqoryanın rəisi olduğu müddətdə məhkumların sığındığı son sədd olub bu həbsxana divarları...
Bu səbəbdən Şuşa türməsini "Qafqazın Quantanamo"su adlandırsaq, yəqin ki, bunu vaxtilə həbsxanada cəza çəkmiş və ya əsir kimi saxlanılmış şəxslər də təsdiqləyər.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şuşa həbsxanası 1848-ci ildə Çar Rusiyası dövründə Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulmuşdu. Sonradan bu say minədək artıb.
Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub. Məhbuslar həbs olunduqları maddələrə uyğun olaraq, kameralara bölüşdürülürdü. Elə kamera var idi 2, elə kamera da var idi ki, 30-40 məhbus saxlanılırdı.
Kişilərlə yanaşı, türmənin qadın məhkumları da olub. Amma onların sayı çoxluq təşkil etməyib.
Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunurdu. Burada "Korzubı Vaqif", "Razboynik Çingiz", "Malış Söhbət", Tengiz kimi məşhur lotular da cəza çəkib.
İşğala qədər türmənin son rəisi Aydın Abbasov olub. O, şəhərin işğalından bir neçə saat əvvəl cəza çəkən 36 azərbaycanlı məhkumu sərbəst buraxaraq onları döyüşə çağırıb. Erməni məhbuslar isə bir müddət öncə Bakıya göndərilib. Azərbaycanlı məhbuslar əllərinə silah alaraq döyüşüblər, onların bir neçəsi fədakarlığına görə sonradan əfv olunub, bəzilərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzası azaldılıb. Döyüşlər zamanı türmənin iki zabiti şəhid olub.
Şuşa türməsində məhkumların ən ağır günləri erməni Qriqoryanın rəis təyin olunması ilə başlayıb. Bu, 1985-ci ilin aprelin 3-də baş verib. O, azərbaycanlı məhbuslara dəhşətli işgəncələr verməsiylə yadda qalıb.
Bunların arasında ən dəhşətlisi isə tabut işgəncəsi olub. Belə ki, həmin dövrdə divarda xüsusi yer hazırlanmışdı. Bu, tabuta bənzər siyirmə formasında idi. Dustağı həmin dəmir siyirməyə qoyub, divarın içinə itələyirdilər. Formasına görə tabutdan fərqlənməyən bu qabın dərinliyi 25-30 sm-dən çox deyildi. Əlləri və ayaqları qandallı, buz kimi soyuq divarın içərisinə ötürülən dustaq soyuqdan çox, ordakı siçovulların dişdəyinə dözə bilmirdi.
Soyuqdan söz düşmüşkən, Qriqoryan azərbaycanlı məhbusları qış aylarında hava almaq üçün gəzintiyə corabla qoymurdu. Gəzintiyə çıxan məhbus mütləq ayaqqabını corabsız geyinməli idi. Bu isə dustaqların ayaqlarının donmasına, qaralmasına səbəb olurdu. Qriqoryanın ağlasığmaz tələbinə qarşı gələnlər isə daha sərt işgəncələrə məruz qalırdı.
Qeyd edək ki, şəhər işğal edildikdən sonra həbsxana 1995-ci ildən qondarma rejimdə cinayət törədən şəxslərin saxlanıldığı islah-əmək düşərgəsinə çevrilib. İnternet məlumatlarına əsasən, həbsxana 3 rejimdə - qapalı, yarımqapalı və açıq fəaliyyət göstərirdi. Qapalı rejimdə 33, yarımqapalı rejimdə 41, açıq rejimdə isə 58 nəfər cəza çəkib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Azərbaycana ən çox kimlər gəlib?
XƏBƏR LENTİ
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib





