Cəmiyyət

Oğuzda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb

28 Dekabr 2021 08:09
0 Şərh     Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuz şəhəri ərazisində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, "Gənclik" küçəsində yerləşən fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də pulun oğurlanması barədə polisə müraciət daxil olub.

Müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin rayonun Şirvanlı kənd sakini, zərərçəkmişin qohumu Ramazan Məmmədzadə olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

R.Məmmədzadə ifadəsində əməlini etiraf edib, qızılları oğurladıqdan sonra Bakı şəhərinə getdiyini və orada satdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.