Cəmiyyət

Elmar Məmmədyarovun oğlu məhkəməlik oldu - 4,5 milyonluq mülkə görə

18 Dekabr 2021 08:44
0 Şərh     Baxış: 1 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Onun iddiasına görə, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib.

Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.