Cəmiyyət

Ağcabədi sakinlərinin kanalizasiya problemi - VİDEO

14 Dekabr 2021 16:06
0 Şərh     Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədi şəhəri İsmət Qayıbov küçəsinin sakinlərini dilə gətirən səbəbi görəndə onların indiyə qədər niyə susduğuna təəccüb edəcəyinizə əminəm. Axı özləri demişkən, illərdir sürən bu problemlə bir ömür yaşamaq asan məsələ deyil.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, evindən çölə beş addım atan kimi gözünə görünən ilk şey şəhərin işıqlı, yaraşıqlı küçələri, parkları yox, çirkab sudursa, buna nə ad vermək olar?

Sakinlər o adları tapıblar: xəstəlik, antisanitariya mənbəyi...
Sakinlər iddia edir ki, əlaqədar qurumlar vəziyyətdən xəbərdardır. Axı buradakı vəziyyət kiçik boru sızması deyil ki, gözlərindən qaçmış olsun. Amma nə olsun ki, hallarına acıyan, dərdlərinə yanan yoxdur. Əks halda, problemləri həll olunardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.