Cəmiyyət

Şəhid Vüqar Mövlanov hər kəsi kövrəldən arzuları - VİDEO

13 Dekabr 2021 14:00
0 Şərh     Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində Füzulidən Şuşaya qədər döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman əsgərlərimizdən biri də Lerik rayonu Günəşli kəndində anadan olmuş Vüqar Mövlanovdur. Qəhrəman vətən oğlu şəhadətindən sonra 5 medalla  təltif edilib.

"Vətənini anasından çox sevdi. Elə Vətən yolunda da qəhrəmancasına şəhid oldu". Bu sözləri 30 ilə yaxın erməni tapdağında olan Qarabağımızın azadlığı uğrunda son damla qanını belə əsirgəməyən, Füzulidən Şuşaya qədər döyüş yolu keçən qəhrəman əsgərimizin Vüqar Mövlanovun anası Bəsti Mövlanova deyir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək hər zaman Vüqarın əsas arzularından biri olub. Bu səbəbdən də sentyabrın 29-da adına gələn çağırışa sevinərək, sanki toy-bayrama gedirmiş kimi yollanıb.  

Vüqar  Mövlanov 11 dekabr 1996-cı ildə Lerik rayonu Günəşli kəndində anadan olub. Vətən müharibəsində Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. O, noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə düşmənin atdığı top mərmisinin qəlpəsindən 24 yaşında şəhidlik məqamına yüksəlib.

Bu gün cənnətdə 25 yaşını qeyd edən Vüqar Mövlanov Vətən müharibəsində göstərdiyi rəşadətə görə şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzuli, Qubadlı və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.