Cəmiyyət

Bakıda bu nişanlar sürücülərlə sərnişinləri üz-üzə qoyub - VİDEO

9 Dekabr 2021 20:17
0 Şərh     Baxış: 1 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində həm avtobus dayanacağı, həm də parkinq nişanı var. Bu hal ərazidən istifadə edən avtobuslarla taksi sürücülərini üz-üzə qoyub.

Milli.Az bildirir ki, sözügedən ərazidə avtomobillərin park etməsi səbəbindən nə avtobusa, nə də avtobus gözləyən sərnişinə yer qalır.

Belə olan halda sərnişinlər yolun hərəkət hissəsində avtobus gözləməyə məcbur olurlar. Bu isə onların həyatı üçün təhlükədir. Bu səbəbdən sərnişinlər avtobus dayanacağında minik maşınlarının saxlamasından şikayət edirlər.

Avtomobil sürücüləri isə yerə çəkilmiş parklanma nişanını səbəb göstərərək maşınlarını burada park edirlər. Amma sürücülər iddia edir ki, yerdə parklanma nişanının olmasına baxmayaraq, avtomobili burada park etdikləri üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən cərimələnirlər.

BNA-nın mətbuat katibi Mais Ağayev deyib ki, yerə çəkilmiş parklanma nişanı yanlışdır. Ona görə də avtobus dayanacağında park edilmiş avtomobillərə BNA tərəfindən yazılan cərimə qanunidir. Yaxın günlərdə ərazidə üfiqi nişanlanma xətti çəkiləcək. Nöqsan aradan qaldırılana qədər isə ərazidə park edilmiş avtomobil sahibləri cərimələnməyə davam edəcək.

Mövzu ilə bağlı Xəzər TV-nin hazırladığı sujeti təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.