Cəmiyyət

Şövqi İsmayılzadə: Suqovuşan döyüşləri zamanı şəhid oldu - VİDEO

30 Noyabr 2021 14:30
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sizə daha bir qəhrəmanımızı tanıdacağıq. Şövqi İsmayılzadə Suqovuşan istiqamətində düşmənin canlı qüvvəsinin və texnikasının  məhv edilməsində xüsusi rolu olub. Şövqi şəhadətə ucalmasından sonra 2 medalla təltif edilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Şövqi İsmayılzadə 1996-cı il fevralın 23-də Bərdə rayonunun Bəcirəvan kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Şövqi Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və ötən ilin oktyabr ayının 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Bir ana kimi övlad itirməyin acısını yaşayan Hicran Süleymanova torpaqlarımızın azad edilməsinə sevindiyini deyir. O, oğlunun qəhrəmanlıqları ilə fəxr edir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şövqi İsmayılzadə şəhadətindən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.