Şou-biznes

"Balaşı o qədər yorduq ki, elə bil 70 yaşında öldü" - Xatun

19 Noyabr 2021 12:54
2 Şərh     Baxış: 6 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onun bu dünyadan vaxtsız gedişi hamını yandırdı. Gecə-gündüz ailəsi üçün çalışırdı. Biz dörd övladı hər zaman bir arada tutmağa çalışırdı".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyev "Elgizlə izlə" proqramında deyib. Sənətçi dünyasını dəyişən stilist qardaşı Balaşdan bəhs edib:

"Rəhmətə getməzdən əvvəl bacımla aramı elə düzəldirdi ki... Aramız bir az sərin olan kimi başlayırdı. Balaş bibisinə, xalasına, hamıya yaxşı davranırdı. 37 yaşında rəhmətə getdi. Onu o qədər yorduq ki, elə bil 70 yaşında dünyasını dəyişdi. Mənim oğlum, bacımın övladı üçün nələr etdi. Kimə nə etdirsə, həmin adam bildi-bilmədi fərqi yox idi. Deyirdi, Allah bilsin bəsdir. Sosial şəbəkələr başlayanda deyirdim filankəslər instaqramla işləyir. Deyirdi yox, istəmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.