Şou-biznes

Bredli Kuper “xəyanətindən” danışdı: “Ledi Qaqa ilə ehtiras aktyorluqdan başqa bir şey deyildi” - FOTO

19 Noyabr 2021 11:00
1 Şərh     Baxış: 1 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyor Bredli Kuper ilk dəfə olaraq keçmiş sevgilisi İrina Şeyki müğənni Ledi Qaqa ilə aldatdığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, aktyorun xəyanət etməsi ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb Ledi Qaqa ilə 2018-ci ildə "Ulduz doğulur" filmində çəkilməsi, eləcə də "Oskar"da birgə iştirakları olub. Kuperin sözlərinə görə, onların səhnədə nümayiş etdirdikləri ehtiras aktyorluqdan başqa bir şey olmayıb. Ssenariyə uyğun olaraq tamaşaçılar qarşısında romantik münasibət qurublar, çünki Kuper milyonlarla tamaşaçı qarşısında canlı oxumaqdan çox qorxub. Mahnını səhnə yoldaşına aşiq kimi ifa edən aktyor tamaşaçı qorxusunu cilovlamağa çalışıb.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında İrina Şeyk və Bredli Kuper dörd illik münasibətlərdən sonra ayrıldıqlarını elan ediblər. Boşanmalara baxmayaraq, cütlük qızları Leyanın böyüməsində bərabər rol oynayacaqları barədə razılığa gəliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.