Şou-biznes

“Əməliyyatdan sonra ərim məni tanımadı”

17 Noyabr 2021 09:58
0 Şərh     Baxış: 1 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış aktrisası Oya Başar "2.sayfa" proqramında qonaq olarkən xərçəng xəstəliyindən əziyyət çəkdiyi günlərdən danışıb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, keçmiş həyat yoldaşı, mərhum aktyor Levent Kırcanın həmin dönəmdə onu tanımadığını söyləyib:

"Yeni əməliyyat olunmuşdum. Saçlarım tökülüb, üzüm pis gündə idi. Levent gəldi, otağın qapısını açdı, sonra bağlayıb geri qayıtdı. Necə tanınmaz halda idimsə, məni tanımadı. Sonra gedib xəstəxana işçilərindən soruşub ki, Oya Başarın otağı hansıdır. Onlar da göstəriblər. Bunun ardınca yenidən gəldi. Soruşdu ki, necəsən? Yaxşıyam, dedim. Əlimdən tutdu, getdi. O halıma baxmağa dözə bilmədi".

Qeyd edək ki, L.Kırca 2015-ci ildə vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.