Şou-biznes

Abbas ilk dəfə oğullarından danışdı

11 Noyabr 2021 02:17
1 Şərh     Baxış: 1 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Abbas Bağırov ilk dəfə oğulları Murad və Rauldan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Söhbət musiqidən gedir" verilişində övladları ilə bağlı sualları cavablandırıb.

"Məni pozitivə səhər tezdən övladlarım kökləyir. Mənim üçün həyatda ən önəmlisi onlardır. Yuxudan məni onlar oyadır. Oğullarım arasında fərq qoymuram. Onların ikisi də canlarımdır. Həyatımı onlarsız təsəvvür etmirəm. Çalışıram ikisi də hiss etsin ki, atam həm məni, həm qardaşımı çox istəyir" deyə, Abbas bildirib.

Abbas Ramal İsrafilov, Vüsal Hacıyev kimi ifaçıların yer aldığı "A-trio" qrupundan söz açıb:

"Bu layihəni uğurla başa çatdırdım. Məqsədim qrupu məşhur etmək və nəticə çıxarmaq idi. Çıxardım da... Onlara ən yaxşı musiqi öyrədirdim. Fuad Əlişova hər adam klip çəkdirə bilmirdi. Onlara klip çəkdirdim. Yaxşı büdcəli kliplər alındı. O qədər əziyyət, keyfiyyətli aranjiman, hətta geyimlərini brend mağazalardan alınırdı. Ən böyük səhvim müqavilə bağlamamağım oldu. Ondan sonra nə oldu, kim necə getdi mənim işim deyil. Münasibətdə müəyyən soyuqluq var, amma düşmənim deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.