Şou-biznes

Nəsrinin yeni serialı yayımdan qaldırıla bilər

10 Noyabr 2021 14:58
0 Şərh     Baxış: 1 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yayına yeni başlayan "Üç Kuruş" serialı ilə bağlı Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK-ə şikayət edilib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ekran işində qaraçılara qarşı ayrıseçkilik edildiyi və alçaldıcı ifadələr ehtiva edən sözlər işlədildiyi bildirilib.

Etnik qrupun nümayəndələri masada əyləşib həyatlarından xəbərsiz olduqları insanların onlar haqqında ssenari yazması və ekranlaşdırılması birmənalı qarşılanmayıb. Onlar ekran işinin yayımdan qaldırılmasını tələb edib.

Müvafiq qurumlardan verilən açıqlamalarda serialın növbəti bölümlərinin nəzarət altına alınacağı bildirilib.

Qeyd edək ki, ekran işinin baş rollarını Uraz Kayqılaroğlu, Nəsrin Cavadzadə, Ekin Koç və Aslıhan Malbora paylaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.