Şou-biznes

Afaqın Ayan məyusluğu... - VİDEO

4 Noyabr 2021 20:54
3 Şərh     Baxış: 2 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Xəzər TV-də yayımlanan "Səhər mərkəzi" proqramının qonağı müğənni Ayan Babakişiyeva idi.

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu gün proqramda aparıcı Tural Əsədov həmkarı Afaq Gəncəliyə "Dünənki verilişdən sonra hansı əhval-ruhiyyə var" sualını ünvanlayıb.

Gəncəli isə məyusluğunu dilə gətirib:

"Ayana bir çox suallar vermək istədiyim halda bir az tərəddüd içində qaldım. Zaman keçir, gözünün önündə vaxtilə çalışdığın, tanıyıb bildiyin bəzi məşhurlar işıq sürətilə dəyişirlər. Bəziləri yaxşı, bəziləri pis tərəfə... Bəziləri keçmişi haqda unutqan olurlar. Bəziləri unutmurlar, keçmişini, bu gününü göz önünə alıb irəli doğru addım atırlar. Hərə bir cürdür. İkibaşlı danışdım, bilirəm. Pambıqla baş kəsmirəm, hərdən tərəddüd içində qalıram ki, vaxtilə çox rahat, açıqsözlü olan insanlar dəyişir. Təbii ki, bu, normal bir şeydir, insan yaşa dolduqca dediyi kəlimənin məsuliyyətinin fərqindədir. Amma sən aparıcısansa, sənət yolunda sənə verilən suallara aparıcı kimi də cavab verirsən. Əgər sən əvvəlcə qarşındakına şəxsi həyatına daxil olmağa ixtiyar verirsənsə, qarşı tərəf də buna öyrəşir və belə də davam edir. Sən buna imkan verirsən, sonra da deyirsən ki, olmaz. İstiqaməti düzgün tutmaq lazımdır. Ya beləsən, ya da elə".

Qeyd edək ki, ötən gün proqram zamanı Afaq Gəncəli Ayan Babakişiyevaya "Sən də bir gün Oksana Rəsulova kimi cəsarətli olub, qızının atasının kim olduğunu rahat deyə bilərsən" sualını ünvanlamışdı. O, isə aparıcını nisbətən sərt şəkildə "Mənim qızımın atasının kimliyini bütün Azərbaycan bilir" sözləri ilə cavablandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.