"Xanımlar hər zaman güclü, uğurlu və öz ayaqları üzərində durmağı bacarmalıdır. Amma nə qədər uğurlu olsaq da, etiraf etməliyik ki, bizdən güclü olan cinsin nümayəndələrinin dəstəyinə ehtiyacımız var".
Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni-aparıcı Mehin Hümbətova instaqram səhifəsində yazıb. O, izləyicilərin verdiyi suala cavab olaraq bildirib ki, qadınların hər zaman kişilərə ehtiyacı var:
"Burada həm fiziki, həm də psixoloji dəstəkdən söhbət gedir. Demək istəyirəm ki, nə qədər güclü olsaq da, bəylərə ehtiyacımız var".
Milli.Az