Sosial şəbəkələrdə Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə ilə bağlı maraqlı məlumat yayılıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, rəssam xəstə olarkən onun Rusiyanın paytaxtı Moskvada müxtəlif əsərlərindən ibarət fərdi sərgisi açılır. Xəstə yatağında yatan Bəhlulzadə o sərgiyə getmək üçün təkid etsə də həkim onunla razılaşmır və sərgiyə buraxmır. Bundan sonra Səttar Bəhlulzadə deyir:
"Mənim toyum olmayıb, həkimlər icazə vermir ki, gedim öz toyumda - sərgimdə iştirak edim".
Səttar Bəhlulzadə ilə bağlı bu maraqlı faktı Əməkdar artist Xumar Qədimova da paylaşıb. İfaçı rəssamın fotosunu da yayımlayaraq onu hörmətlə andığını bildirib.
Milli.Az