Dünya

Putin və Tramp hansı silahları müzakirə edib? - Peskov açıqladı

23 Sentyabr 2025 17:26
Baxış: 303
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən kontaktlar zamanı strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə müqavilə (DSNV) müzakirə edilib.

Milli.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq bildirib.

"DSNV mövzusu ümumilikdə Putin və Tramp arasında keçirilən görüşlərdə qaldırıldı. Çünki zaman tədricən daralır və biz həqiqətən də o vəziyyətin astanasındayıq ki, strateji sabitlik və təhlükəsizlik sahəsində ikitərəfli sənədlər olmadan qala bilərik", - deyə Peskov Rusiya və ABŞ prezidentlərinin DSNV-nin uzadılması mövzusunu müzakirə edib-etmədiyi barədə TASS-ın sualına cavab olaraq qeyd edib.(sfera.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.