Şou-biznes

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı o təmsil edəcək

23 Sentyabr 2025 14:41
Baxış: 280
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçisinin adı məlum olub.

Milli.az-ın məlumatına görə, müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.

Bununla bağlı keçirilən mətbuat konfransında Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova bildirib ki, seçim üçün ümumilikdə 60-dan çox müraciət olub.

"Ən yaxşı 15 nəfər növbəti mərhələyə buraxılıb və onlardan biri də qalib olub". 

Müsabiqənin seçim mərhələsində münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, əməkdar artist Gövhər Həsənzadə, əməkdar artist Vüqar Camalzadə, arenjemançı Vüqar Baxış, əvvəlki Avroviziya təmsilçisi Samirə Əfəndi, Cavid İmamverdiyevin adının qarşısına Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.