Ölkə

Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır

23 Sentyabr 2025 18:10
Baxış: 393
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə sentyabrın 24-dən 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Milli.Az-a verilən xəbərə görə, yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.  

"ÇinarTrans" MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 AZN təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.