Xumar Qədimova: “Həkimlər icazə vermir ki, gedim öz toyumda...” - FOTO

15 Oktyabr 2021 20:48

Sosial şəbəkələrdə Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə ilə bağlı maraqlı məlumat yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, rəssam xəstə olarkən onun Rusiyanın paytaxtı Moskvada müxtəlif əsərlərindən ibarət fərdi sərgisi açılır. Xəstə yatağında yatan Bəhlulzadə o sərgiyə getmək üçün təkid etsə də həkim onunla razılaşmır və sərgiyə buraxmır. Bundan sonra Səttar Bəhlulzadə deyir:

"Mənim toyum olmayıb, həkimlər icazə vermir ki, gedim öz toyumda - sərgimdə iştirak edim".

Səttar Bəhlulzadə ilə bağlı bu maraqlı faktı Əməkdar artist Xumar Qədimova da paylaşıb. İfaçı rəssamın fotosunu da yayımlayaraq onu hörmətlə andığını bildirib.

Milli.Az