Şou-biznes

Elnarə Xəlilovadan etiraf: "Bəzən sevir, bəzən də bitiririk"

16 Oktyabr 2021 04:33
2 Şərh     Baxış: 2 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzən ağlayır, bəzən gülürük, bəzən gedib-gedib, bəzən dönürük. Bəzən də sevincdən gözümüz dolur, közərən alovu tez söndürürük. Yıxılır-dururuq, açır-soluruq, hərdən ilhamlanır, hərdən donuruq. Hərdən sahiblənir, hərdən qoyuruq, bəzən çox ac ikən qəfil doyuruq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova İnstaqramda paylaşıb.

Pandemiyada "El Yaradıcılıq Mərkəzi" açıb tələbələrə musiqi dərsi verən sənətçi boğazında düyünlənən fikirlərini izləyiciləri ilə paylaşıb:

"Bəzən usanırıq, bəzən bezirik, bəzən utanırıq, bəzən dözürük. Bəzən də hissləri görməzdən gəlib - özü-özümüzdə onu gömürük. Bərkə də düşürük, boşa da çıxırıq - həyatın ipilə gah enir, gah qalxırıq. Bəzən qürurla gedib, bəzənsə yenilirik, bəzən uğur qazanıb, bəzənsə ələnirik. Bəzən sevir, sevilir, bəzən də bitiririk. Beləcə həm qazanır, hərdən də itiririk. Yaşayırıq, yanırıq, hərdən də dayanırıq. Hər kəsi özümüzə doğma, əziz sanırıq. Həyatdır, həm enişi, həm yoxuşu olacaq. Həm ağı, həm qarası, həm naxışı olacaq. Mühüm olan keçməkdir, bu da ötüb keçəcək. Heç nə əbədi deyil, ömür özü seçəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.