Şou-biznes

Tanınmış müğənnidən ittiham - “Elə məşhurlar oldu ki, şəhidlərimizə heç 40 gün yas saxlamadılar"

28 Sentyabr 2021 12:06
1 Şərh     Baxış: 1 696

Elə məşhurlar oldu ki, şəhidlərimizə heç 40 gün yas saxlamadılar, hətta müharibə gedə-gedə o insanlar instaqramda şəxsi paylaşımlarından qalmadılar. 1 il nə idi ki, onlar dözmədilər?! Mən 1 ildir ki, sosial şəbəkələrdə şəhidlərimizin anım və doğum günlərini paylaşıram. Düzdür, şəhidlər haqda paylaşım edəndə abunəçilərim azalır, bilmirəm niyə? Başqa nəsə paylaşanda daha çox baxış gəlir, nəinki şəhidlərə. Bu hallar məni gücdən salmır, əksinə. Hətta məni qınadılar ki, daha müharibə bitdi də, nə qədər eyni mövzu haqda paylaşım edirsən? O insanlara bir söz dedim ki, sizə ar olsun! Mən şəhidlərin hər birini özümə doğma sayıram. İndi rahat yaşamağımızı kimə borcluyuqsa bunu sadəcə anlamaq lazımdır. Oldu-keçdi deyə düşünməyək, onları yad etmək hamının borcudur. Bunu özümə borc bilirəm. Mən hələ də şəhidlərimizi unuda bilmirəm. Ola bilsin ki, mən hələ 1 il də səhifəmdə şəhidləri paylaşım. Mənim çox tanışlarım müharibədə iştirak etdi, amma içlərində şəhid olan olmadı. Elə adam ola bilər, düşünər ki, yəqin doğması şəhid olub, ona görə şəhidləri yad edir. Xeyr, mən onların hamısını özümə doğma sayıram. Bir il əvvəl ilk şəhidlərin fotosunu instaqram səhifəmdə paylaşanda qeyd etdim ki, heç kim deməsin ki, Sevincin qardaşı yoxdur. Həqiqətən də mən o şəhidləri öz doğma qardaşım, əzizim kimi paylaşdım. İnsan doğuşdan belə olmalıdır, xarakter heç vaxt dəyişmir. Bu tarixi qələbəni qeyd ediriksə, onun səbəbkarlarını da yaddan çıxarmağa haqqımız yoxdur. Bizim şəhidlər üçün etdiklərimiz dənizdən bir damladır. Şəhidlik hər bir insana nəsib olmur"
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Sevinc Musayeva deyib. O daha sonra şəhid və qazilərin problemlərini işıqlandırdığını, bu mövzulara məşhur sənətkarların laqeyd qalmasından da danışıb:  "Müharibədən sonra qazilərimizin, şəhid ailələrinin problemlərini görəndə dərhal işıqlandırırdım. Bu paylaşımlara isə çox yaxşı baxış sayı gəlirdi. Hətta izləyicilər deyirdilər ki, halal olsun, siz sözün düzünü deyirsiniz. Hətta bir dəfə paylaşım edəndə xalq artistlərimizin adını da çəkdim ki, siz fəxri adınızı itirməkdən qorxursunuz və xalqın artistisiniz, məmurlara bir köynək yaxınsınız.

Siz xalqın dərdini məmurlara daha yaxşı çatdıra bilərsiniz, sözünüz keçərli olar. Amma siz onu ya paylaşmırsınız, ya da paylaşanda elə edirsiniz ki, nə şiş yansın, nə də kabab. Bu düzgün deyil. Əgər bu gün kiminsə hüququ pozulursa haqqa tərəf durmaq lazımdır. Amma bilin ki, o qondarma adlar sizi heç yerə çıxarmayacaq. O qondarma adlarınızı itirməkdən qorxmayın, əsas valideyninizin sizə verdiyi əsl adı itirməkdən qorxun". 

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    asi · 28 Sentyabr 12:2780

    Qomdarma sözü “ Dağlıq Qarabağ respublikasından” sonra bəlkə də ikinci bizim xalq artistlərinə( hamısına yox, amma əksəriyyəyinə) belə çox yaraşdı..Ermənilərin də Qarabağda qurmaq sevdasında olduğu dövlətçik saxta idi, bizim artistlərin də adı saxtadı..Şəhid ailələri və Qazilərin problemini işıqlandırmaqla özünə problem yaratmaq istəməyən təbəqə, problemlərin həllində səlahiyyətli amma laqeyd olan təbəqə millətin əlinin sanki 6- cı barmağıdı..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.