Şou-biznes

Supermodeli eybəcərləşdirən kimdir? - FOTO

24 Sentyabr 2021 11:14
1 Şərh     Baxış: 1 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

90-cı illərin top-modelləri fəal şəkildə podiumlara çıxdığı və bədən quruluşları ilə heyrətləndirdiyi dövrdə, onların arasında ən cazibədarı sayılan Linda Evanqelista "radarlardan" itib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunun dramatik izahı var imiş. Məlum olub ki, beş il əvvəl Linda onu eybəcər hala salan uğursuz prosedurdan keçib.

Model bu barədə özünün "Instagram" səhifəsində açıqlama verib.

O, etirafına "Mənim həqiqətim, mənim hekayəm" adını verib. 56 yaşlı supermodel "CoolSculpting" piyəritmə prosedurundan sonra həmişəlik qüsurlu qaldığını bildirib.

"Bu gün əziyyət çəkdiyim və beş ildən çox gizlətdiyim səhvimi düzəltmək üçün böyük bir addım atdım. Həmyaşıdlarımın karyerası çiçəklənərkən niyə işləmirəm deyə düşünən pərəstişkarlarıma cavab verəcəyəm: Səbəb, "Zeltiq CoolSculpting" proseduru ilə ciddi şəkildə eybəcərləşməyimdir, hansı ki, vəd edilənin tam əksini etdi: Piy hüceyrələrim kiçilmək əvəzinə artdı və mən hətta iki ağrılı, uğursuz korrektəedici əməliyyatdan sonra belə əbədi olaraq qüsurlu qaldım".

Nəticədə Linda ona bu hala salan şirkəti məhkəməyə verib. Model, əvvəlki kimi görünməməsinə baxmayaraq, evdən başını dik tutaraq çıxacağını vurğulayıb.

Qeyd edək ki, Evanqelista 1990-cı illərdə dünyanın ən böyük brendləri ilə əməkdaşlıq edib, bir çox kosmetik şirkətin siması olub, böyük moda evlərinin heç bir nümayişi onsuz keçməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.