Şou-biznes

Dilarə ona aşiq olduğunu deyən fanatından polisə şikayət etdi

20 Sentyabr 2021 18:06
0 Şərh     Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Dilarə Aksüyekinin başı fanatı ilə bəladadır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa onu fiziki və mesajla narahat edən 31 yaşlı Mehmet A. haqqında prokurorluğa şikayət edib. Həmin şəxsin barəsində cinayət işi açılıb.

Sözügedən şəxs sosial şəbəkədə bir-birinin ardınca Dilarəyə mesaj göndərərək ona aşiq olduğunu və görüşmək istədiyini bildirib. Cavab almayınca, aktrisanı təhdid etməyə başlayıb.

Daha sonra evinin qapısına qədər gələrək avtomobillə onu güdüb. Kafelərin birində aktrisanın qarşısını kəsib. Bundan sonra qorxuya düşən Dilarə polisə müraciət etməli olub.

Qeyd edək ki, aktısa sonuncu dəfə "Baş belası" serialında "Nazlı" obrazını canlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.