Şou-biznes

Brilliant Dadaşova koronavirusa yoluxdu: Həkimləri qovub

7 Sentyabr 2021 13:36
9 Şərh     Baxış: 6 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub.

Milli.Az xəbər verir ki, bu haqda müğənni sosial media hesabında açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:

"Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.