Şou-biznes

"Gəldim e, gəldim" - Aparıcı Mikayıl bu kanalda çalışacaq

7 Sentyabr 2021 15:06
3 Şərh     Baxış: 2 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni televiziya mövsümündə telekanallarda bir çox aparıcı dəyişikliyi edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, MTV-də də yeni simalar görünəcək. Aparıcı Mətanət Əliverdiyeva sözügedən kanldakı fəaliyyətinə son qoyub. O, bundan sonra yalnız "Xəzər TV"dəki proqramı ilə efirə çıxacaq. 

MTV-yə yeni gələn simalar arasında Mikayıl Güləddinoğlu yer alır. O, DTV ilə yollarını ayırıb.

Qeyd edək ki, M.Əliverdiyeva ATV-dən ayrıldıqdan sonra bir müddət "Space TV"də çalışıb. O, daha sonra MTV-də "6/8 axşam şousu" adlı proqram aparırdı. O, hazırda "Xəzər TV"də "Gəzək bişirək" proqramına aparıcılıq edir.

M.Güləddinoğlu "Space" telekanalı ilə yollarını ayırdıqdan sonra "Gəldimee gəldim" proqramını DTV-də davam etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.