Şou-biznes

Azərbaycanlı müğənni şəxsi həyatı ilə bağlı danışdı - FOTOSESSİYA

23 Fevral 2012 02:30
0 Şərh     Baxış: 13 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın gənc teleaparıcısı və müğənnisi Xəyalə Manaflı Milli.Az-a verdiyi açıqlamasında yeni planlarından danışdı.

"Yeni duetlər olacaq, bu da yəqin ki, ilin ortalarında olar. Başqa təkliflər də var, lakin onlar haqda hələ ki açıqlama vermək istəmirəm. Bu yaxınlarda mənə klip hədiyyə olundu. Musiqisi Rüstəm Qədirova, sözləri isə Məryəm Əlizadəyə məxsusdur. Mahnının adı "Sən"dir. Klipin rejissoru isə Şəkidə yerləşən regional televiziya - Kanal S-in bədii rəhbəri Kənan Musayevdir. Əslində bəzi saytlarda səhv olaraq Kənan M.M. yazmışdılar. Bu isə səhvdir. Mənim Kənan M.M.-lə ümumiyyətlə, işbirliyim olmayıb.

Bundan da əlavə, digər yeni bir mahnım var. "Sənin deyiləm" adlanır. Bu mahnıma hələ klip çəkdirmək fikrində deyiləm, çünki maddi vəsait yoxdur. Lakin kim isə yenə hədiyyə etmək istəsə niyə də yox?", - Xəyalə Manaflı dedi.

Gənc müğənni açıqlamasında şəxsi həyatı ilə bağlı da məlumat verdi.

"Hamının fikrində evlənib ailə qurmaq var. Lakin hal-hazırda mən sənətlə məşğulam. Həm də belə bir nümayəndə yoxdur. Çox istədiyim dostlarım olsa da, belə fikrim yoxdur", - X.Manaflı dedi.

Türkan Nadirqızı
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

    
















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.