"Emmy" tarixində 7 mükafata layiq görülərək rekorda imza atan amerikalı aktyor Ed Asner vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ölüm səbəbi açıqlanmayan aktyor 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, bir çox layihələrdə yer alan E.Asner ən çox "Yuxarı" ("Up") animasiyasında yaşlı "Karl Fredriksen" obrazını səsləndirərək məşhurlaşıb.
Milli.Az