Şou-biznes

Məşhur aktrisa 4 ildir evini sata bilmir

28 Avqust 2021 11:12
0 Şərh     Baxış: 1 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktrisa və müğənni Cennifer Lopes bir neçə ildir Nyu-Yorkdakı mənzilini sata bilmir.

Milli.Az lent.az-a istinadla bildirir ki, aktrisa həmin mənzili 20 milyon dollara əldə edib. 

Cennifer düşünür ki, Manhettendəki mülkü tənha yaşamaq üçün münasib yer deyil, ona görə də satmaq qərarına gəlib.

Məlumata görə, müğənni bu daşınmaz əmlakını ilk dəfə 2017-ci ildə 26 milyon dollara satmaq haqda fikirləşib. Lakin bu istəyinə çata bilməyib. 

2019-cu ildə bu mənzilin dəyəri 25 milyon dollar olsa da, ancaq yenə onu alan olmayıb. 

Mülkün ərazisi 603,8 kvadrat metrdir. Onun damı şüşəlidir, dörd yataq otağı, altı vanna otağı, iki soyunma otağı, bir işçi otağı və təxminən 300 kvadrat metrlik dörd səkisi var. 

Cennifer Lopesin bu mülkdən əlavə 10 milyon dollara əldə etdiyi Hemptondakı evi və Los-Ancelesdə 28 milyon dəyərində "Bel Air" daşınmaz əmlakı da var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.