Şou-biznes

Məşhur aktrisa "Delta" ştammına yoluxdu

26 Avqust 2021 16:33
1 Şərh     Baxış: 1 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox Gözəl Hərəkətlər Bunlar" komandası ilə məşhurlaşan və ana olmağa hazırlaşan aktrisa Ayça Erturan "Delta" ştamına yoluxduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, bu haqda informasiyanı haberler.com saytı yayıb.

Sənətçi ilk doza vaksini vurdurub, ikinci dozanı gözlədiyini bildirib. Amma virus Türkiyədə sürətlə yayıldığı üçün xəstəlik ondan da yan keçməyib. 

Ümumi vəziyyətinin yaxşı olduğunu bildirən aktrisa yeni doğulacaq körpənin də yaxşı olduğunu deyib.

Qeyd edək ki, aktrisa peyvəndin əhəmiyyətindən də danışıb. O bildirib ki, "Bəlkə də vaksin bu xəstəliyə yüz faiz mane ola bilmir, ancaq simptomlarını azaldır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.