Şou-biznes

"Yaxşı ki, həkim yox, musiqiçi olmuşam"

2 Noyabr 2025 15:12
Baxış: 540
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Uşaq yaşlarımdan həkim olmaq istəyirdim. Arzum idi ki, stomatoloq olum. Nəsə alınmadı, musiqi məni daha çox çəkdi. Amma rəhmətlik anam həmişə arzulayırdı ki, gəlini həkim olsun. O qədər düzgün, əməli saleh insan idi ki, dediyi kimi də oldu".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov hazırda Amerikada yaşayan aparıcı Səxavət Nurun "Ə" podkastında deyib. Sənətçi pediatr həyat yoldaşı Gülnarə İlyasovanın işdə yaşadığı çətin anları gördükdən sonra həkim olmadığına sevindiyini bildirib:

"Övladlarımız böyüdükdən sonra həyat yoldaşım dedi ki, işləmək istəyirəm və şəhərimizin xəstəxanalarının birində işə düzəldi. Çox ağır bir iş rejimində çalışırdı. Gecə növbləri var idi. Yeni vaxtlarında ağır şöbədə işləyirdi. İşdən gələndə deyirdi ki, bu gün iki uşaq dünyasını dəyişdi. Mən də şok keçirirdim. Deyirdi ki, son anda gətirdilər. Reanimasiya da bilirsiniz ki, son mərhələdir. Xəstəxanada hansısa bölgədən gələnlər, düzgün müayinə olunmayanlar və ya heç həkim yanına getməyənlər var idi. Bu çox pis bir şeydi. Onda çaşıb qaldım, düşndüm, yaxşı ki, həkim yox, musiqiçi olmuşam. Mənim ürəyim ona dözməzdi"./Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.