Şou-biznes

"Hamı bir-birini aldadıb, özünə xeyir güdür" - Xatirə gileyləndi

26 Avqust 2021 13:34
9 Şərh     Baxış: 1 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sizə elə gəlmir ki, son vaxtlar həyat çox maraqsız, mənasız və eyni zamanda çox adiləşdi?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Sənətçi son günlər sosial şəbəkədə paylaşdığı fotoları və yazdığı şərhləri ilə diqqət çəkib.

Sənətçi "Artıq insanlar bu həyatdan sağlamlıqdan başqa heç nə istəmir" deyə, sözlərinə davam edib.

"Özündən başqasına inanmayan qadın" deyən Xatirə daha sonra insanların etibarsızlığından gileylənib:

"İnsanlar dəyişir, bunu günbəgün hiss etmək olur artıq. Bu gözəl dünyanı insan əlləri yaratdı, insan əlləri də məhv etdi. Ana balaya, bala anaya yadlaşır. Hamı bir-birini aldadıb, özünə xeyir güdür. Allahım, özün kömək ol. Dünyamız murdarlanır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.