Şou-biznes

Müğənni mərhum qardaşından yazdı: Başa düşmədən yorduq səni...

23 Avqust 2021 15:54
0 Şərh     Baxış: 2 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatun Əliyeva İnstaqram hesabında mərhum qardaşı, stilist Balaşdan yazıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, o, qardaşının ölümündən 6 ay keçdiyini xüsusi vurğulayıb:

"Torpağın üzü soyuqdur. Bax, sənsiz yaşayıram. İçimdəki suallarla, hisslərlə, kaşkilərlə mübarizə aparıram. Baxışların, mərhəmətli üzün, gözəl fikirlərin, bizi əzizləyən şirin dilin, sehrli əllərin və ən əsas nəfəsin üçün darıxıram.  Ailən uğrunda yandın, kül oldun. Gənc yaşında çox yükün oldu, üzərinə məsuliyyət götürdün. Başa düşmədən yorduq, düşünmədən tələb etdik. Heç "yox" demədin. İnşallah ki, rəbbim səni cənnətə aparıb. Çünki bu həyatda yaxşı insan oldun. Ona görə hər kəs sənə göz yaşı tökdü, rəhmət oxudu, yaxşılıqlarından danışdı. Bu hər insana nəsib olmur. Əfsanə kimi gəldin, elə də getdin". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.