Rusiyanın Əməkdar artisti Jasminin atası və nənəsi koronavirusdan dünyasını dəyişib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənninin atası balet ustadı Lev Manahimov 70 yaşında dünyasını dəyişib.
Bildirilir ki, onun ağciyərlərinin 90%-i sıradan çıxıb.
Qeyd olunur ki, Jasminin 90 yaşlı nənəsi Sara da bir neçə gün əvvəl koronavirusdan vəfat edib.
Milli.Az