Şou-biznes

Kamran Həsənli oğluna toy etdi - VİDEO

11 Avqust 2021 15:06
3 Şərh     Baxış: 3 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Kamran Həsənlinin övladının xeyir işi olub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, aparıcı paytaxt restoranlarından birində oğlu Turana toy edib.

Həsənlinin şad günündə sənətçilər Könül Kərimova və Eyyub Yaqubov kimi tanınmışlar yer alıblar.

Əməkdar artist Könül Kərimova bu haqda paylaşım edib. İfaçı aparıcının övladının şad günündən lentə alınan görüntüləri yayımlayaraq "Kamran Həsənlinin övladının toyundan. Allah xoşbəxt etsin" sözlərini qeyd edib.

Xatırladaq ki, Kamran Həsənlinin Ərtoğrul və Turan adlı iki oğlu var. Ərtoğrul bir müddət əvvəl ailə həyatı qurub. Onun Tamerlan adında azyaşlı oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.