Şou-biznes

Məşhur aktyordan maraqlı açıqlama: Gündə üç dəfə çimirəm

9 Avqust 2021 12:46
0 Şərh     Baxış: 1 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Dueyn Conson açıqlaması ilə gündəmə gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, son günlər bəzi məşhurların gec-gec vanna qəbul etmələri ilə bağlı paylaşımlarından sonra Dueyn onlardan biri olmadığını bildirib.

Bu barədə tvitter hesabında yazan ulduz müntəzəm olaraq duş aldığını açıqlayıb: 

"Duş almayan məşhurlardan deyiləm. Gündə üç dəfə çimirəm: yuxudan oyananda soyuq, məşqdən sonra ilıq, evə gələndə isə isti duş alıram. Üzümü, bədənimi yuyuram, duşda mahnı oxuyuram".

Qeyd edək ki, Eşton Katçer, Kristen Bell və Daks Şepard kimi tanınmış bir çox sima müntəzəm olaraq duş almadıqlarını etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.