Şou-biznes

"Şou göstərməyin, insan olun!"

5 Avqust 2021 18:42
0 Şərh     Baxış: 1 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış aşpazı Burak Özdemirin Antalyada yanğınları söndürdüyü anlar bir çox insan tərəfindən tənqid olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sözügedən görüntülərə iradını bildirənlərdən bir də aktrisa Burcu Özberk olub. O, tvitter hesabında CZN Burakın görüntülərini paylaşaraq "Şou göstərməyin, insan olun, insan!" qısa şərhini qeyd edib.

Reaksiyaların ardından açıqlama verən Burak, yanğını söndürmək üçün əlindən gələni etdiyini bildirib:

"Təəssüf ki, bəzi insanların içindəki pislik bitmir. Yardım üçün getdiyimiz Antalyaya çatanda yanğın gördük. Öz gücümüzlə kömək etməyə çalışdıq.

Sonra yanğınsöndürənlər işə qarışdı və biz sol tərəfi söndürdük. Sadəcə əlimizdən gələni etdik. Heç vaxt heç kimdən gözləntim olmayıb, olmayacaq da".

Qeyd edək ki, "Aşk mantık intikam" serialında rol alan Burcu Özberk 1 bölümümdən əldə etdiyi gəliri meşə yanğınından zərər çəkən ailələrə bağışlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.