Şou-biznes

Namiq yenə Aygünlə duet oxumaq istəyir

27 İyul 2021 18:54
4 Şərh     Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı Xalq artisti Aygün Kazımovadan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan sənətçi "Ən uğurlu duetiniz hansı olub" sualına belə cavab verib:

"Ən uğurlu duetlərim Aygün Kazımova ilə olandır. O ardıcıllıq onu davamlı və uğurlu etdi. Hətta işin ortasında oxuduğumuz əvvəlkindən çox sevildi. Hətta "Bağlanıram" ikinci duetimiz idi, amma daha çox sevildi".

Namiq Kazımova ilə yenidən duet oxumaq istədiyini deyərək "Yenə də duet oxuyaram. Nə zamansa, mütləq oxuyarıq. Maraqlı iş olmalıdır. Söz, musiqi yazmalıyam. Məsuliyyət mənim üzərimə düşür" sözlərini əlavə edib.

Qaraçuxurlu konsertə hazırlaşdığını da söyləyib:

"Konsert haqda düşünürəm. Oktyabrın 5-də olacaq. Hazırda danışıqlar gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.