Şou-biznes

Sevgilisi xəyanət edən Vüsalə: Həyatıma gələn, gedən hər kəsi... - FOTO

12 İyul 2021 11:30
5 Şərh     Baxış: 6 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün aparıcı Vüsalə Əlizadənin doğum günüdür.

Milli.Az xəbər verir ki, bu münasibətlə Vüsalə sosial şəbəkə hesabından bunları yazıb:

"Həyat belə onun hökmünə tabedir - zaman. Ona yalan, hiylə, pul-para, güc, rütbə, heç bir qüvvə keçməz. Kimsəni umursamaz, kimsə üçün dayanmaz, kimsə üçün cilddən-cildə girməz. İnsan övladının müdaxilə edə bilmədiyi, həyatın tək tabe olduğumuz tərəfi - zaman. Məni qınamayın, bəlkə çox səmimi olacağam, amma bunu etiraf edəcəyəm - Məni hər gün mən edən, bəzən yıxıb, əzib, sonra yaralarımı saran, ağladıb-güldürən, xatirələr verən, arzular doğuran, ümidlərimə mayak olan, məni böyüdüb qadın, ana, insan edən zamanı sevirəm. Hər il artan yaşımı sevirəm. Pis və yaxşı həyatıma gələn, gedən, hər kəsi, hər şeyi sevirəm. Güc aldığım, həyatdan ikiəlli tutunmağıma stimul verən canımdan can olanları, məni sizdən biri edən evinizə, ailənizə qonaq edən işimi, sənətimi, mən olmadığım yerdə məni doğması kimi müdafiə edən, qoruyan, haqqımı yedirməyən sizi sevirəm. Arxamca danışan, incidən, qıran, yıxan bədxahlarımı da sevirəm. Çünki sayənizdə mən oldum - Vüsalə Əlizadə. Verdiklərinə və aldıqlarına şükürlər olsun Allahım. Xoş gəldin yeni yaşım - Sağlıq, sevgi, hüzur və halal ruzu gətir".

Xatırladaq ki, Vüsalə həmkarı Azərlə ailəli olub. Bu evlilikdən bir qızı var. 

Qeyd edək ki, bu yaxınlarda ARB-yə müsahibəsi zamanı Vüsalə evlilikdən öncə sevgilisi olan adını açıqlamadığı rejissorun xəyanəti ilə üzləşdiyini deyib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.