Aparıcı Nurlana Cəfərova ikinci dəfə ailə qurub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəxsi həyatını mediadan gizlətməyə çalışan aparıcı bir müddət əvvəl ana olub. Onun oğlu dünyaya gəlib.
Nurlana bir il əvvəl pandemiya ərəfəsində sevdiyi şəxslə nikah masasına oturub. cütlük dəbdəbəli toy etməyib.
Qeyd edək ki, N.Cəfərova ATV telekanalında çalışırdı. O, daha sonra fəaliyyətini Azərbaycan Dövlət Televiziyasında davam etdirib. Nurlana eyni zamanda 106 FM-də dicey kimi fəaliyyət göstərib.
O, 2015-ci ildə türkiyə vətəndaçı ilə ailə qurub və bir il sonra ayrılıb.
Milli.Az