Şou-biznes

"İndi ər çörəyi yeyirəm" - Oksana

11 İyul 2021 05:34
1 Şərh     Baxış: 2 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ər çörəyi yemişəm. İndi də ər çörəyi yeyirəm. Amma oturub ərimin cibinə baxmıram".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Söz baz" proqramında deyib. Sənətçi qazancından danışıb:

"Özümün də qazancım yerindədir. Onun öz qazancı öz yerində, mənimki özümdə. Neçə ildir özümü saxlayıram, nə lazımdı edirəm. Evimi də, maşınımı da özüm almışam. Pulum olmayanda depressiyaya düşürəm. Bəzən elə olur ki, iş olmur, gəlir gəlmir. Onda çalışıram tez özümü depressiyadan çıxarım.

Şəxsi həyatımla gündəmdə olanda nə qadın kimi xoşbəxt idim, nə də ana ola bilirdim. İndi övladım var, anayam. Tək olsaydım, şəxsi həyatımı açardım. Övladım var başqa cür yaşamalıyam".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.