Şou-biznes

"Namus məsələsinə görə ölməyə də razıyam"- Afət Fərmanqızı

8 İyul 2021 18:36
2 Şərh     Baxış: 1 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Afət Fərmanqızı "Xəbər-ətər" verilişində xanım həmkarı tərəfindən təhqir etdirilməsi haqda danışıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, o yaşadıqlarından söz açıb:

"Mən büdrəmədim. Tələlər qurmaq istəyirlər, oyunlar hazırlayırlar.  Pul dövriyyərə girir, adam tuturlar. Həmin açıqlamanı edəndə affekt halına düşdüm. Bir adamı öyrədib, mənə zəng edib ki, gürcüstanlıyam. Halbuki Bakı ləhçəsində danışır. Artıq şantaj edirlər. Mənim alnım açıq olmasa, sakitcə oturaram. Aydan arı, sudan duruyam.  Fikirləşmədilər ki, belə açıqlayaram . Artıq təngə gəldik. Məndən əvvəl bir xanım sənətçi də bu barədə danışdı. Lakin o, qorxub geri çəkildi, açıqlamanı da sildi. Mən danışmazdan əvvəl yüz ölçüb, bir biçirəm. Emosiyaya qapılıb nəsə söyləmirəm. Altı aydır xəbərdarlıq edirəm. Namus məsələsinə görə ölməyə də razıyam. İnsan həyata bir dəfə gəlir. Siz mənim yaşadıqlarımın 10 faizini belə bilmirsiniz.  Bu tələni qurmasının səbəbi, onun xəstə olmasıdır, ikincisi isə Manafla barışmağımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.