Şou-biznes

Atası tərəfindən zorlanan aktrisa: Anam mənə inanmadı...

7 İyul 2021 09:34
0 Şərh     Baxış: 1 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Atası tərəfindən təcavüzə məruz qalan aktrisa Melisa Döngelin məhkəmədə danışdığı detallar ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa dəfələrlə intihara təşəbbüs etdiyini deyib:

"Atam tez-tez peşəmi itirməyimlə, məktəbə getmək qadağasıyla məni təhdid etdirdi. Özümü dəfələrlə öldürməyə çalışmışam. Neçə dəfə xəstəxanaya aparılmışam, xatırlamıram. Sonra peşman oldum. Evdə qalmamaq üçün ancaq işləyirdim. Məruz qaldığım istismarı təkcə anama yox, dostlarıma da danışmışam. İlk istismara tam orta məktəbdə təhsil alarkən məruz qaldım. Anam mənə inanmadı, "Polisə getmə, atanı sərbəst buraxarlar olan sənə olar, səni öldürər" dedi. Anam və atam gözümün qabağında evliliklərini davam etdirdi".

Melisa Döngel uşaqlığını yaşaya bilmədiyini və ana olmağa qorxduğunu dilə gətirib:

"Bundan sonra necə ana olacağam? Necə evlənəcəyəm? Bir gün qızım olsa, atası ilə necə tək qoyacağam".

Qeyd edək ki, aktrisanın hadisədən sonra atası həbs olunub, anası digər qız övladına baxa bilməyəcəyini deyib. Melisa hazırda atasından bacısının vəlayətini almaq üçün məhkəməyə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.